19 
Yan
2021
17:32
262
21
1353
Virtual karabakh

Məşhur jurnalist: “Biz 44 gün ərzində tamamilə yeni geosiyasi reallığın yarandığını gördük” - VİDEO

“Biz 44 gün ərzində tamamilə yeni bir geosiyasi reallığın yarana biləcəyini gördük. Baydenin Trampla Ağ Evi böldüyü, Avropanın COVID-19-la mübarizə apardığı, sərhədləri bağladığı bir vaxtda 44 gün ərzində Cənubi Qafqazda yeni reallıq yaradılır”.

Bu sözləri “Youtube”da yayımlanan “Aqay Laf – Kişi söhbəti” layihəsinin 12-ci buraxılışının qonağı olan rusiyalı jurnalist, politoloq Ruslan Qurbanov deyib.

“Kimlər tərəfindən? “Bayraktar”lar, Şuşanı alan dağlıq ərazidə əməliyyat aparmaq üzrə ixtisaslaşmış xüsusi təyinatlılar və üç dildə fərqli auditoriyalara daha dəqiq siyasi mesajlar verən və bu baxımdan bütün erməni media imperiyasını üstələyən İlham Əliyev tərəfindən. O, Azərbaycan dilində öz əhalisi, rus dilində Rusiya elitası, ingilis dilində isə Avropa və Amerika elitası ilə danışırdı.

Sizin müxtəlif səviyyələrdə olan, regiondakı ən yaxşı resurslarınız varsa, nəticə bu cür olur: “Bayraktar”lar həmin vaxt və indi də regionda, hətta beynəlxalq səviyyədə ən yaxşılardandır. Şuşanı alan dağlıq ərazidə əməliyyat üzrə ixtisaslaşmış xüsusi təyinatlılar regionun ən güclüsüdür. Nəhayət Prezident İlham Əliyev siyasətçi, diplomat kimi özünü Cənubi Qafqazın ən güclü siyasi fiquru kimi göstərdi. Bundan əlavə büdcələr də, Bakının neft büdcəsi də vacibdir. Əsas amillərin birləşməsi qələbəni gətirir”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri