20 
Yan
2021
13:40
162
60
2693
Virtual karabakh

Sumqayıtda karantini pozan restoran sahibi saxlanıldı

20 Yan, 2021
13:40
2693

Sumqayıtda karantini pozan restoran sahibi saxlanıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sumqayıt şəhərində karantini pozan restoran aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsi 1-ci Polis Bölməsi əməkdaşları tərəfindən yanvarın 19-da Corat qəsəbəsi ərazisində qəsəbə sakini İ.Balakişiyevə məxsus restoranın fəaliyyət göstərməsi müəyyən edilib.

İ.Balakişiyev barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə protokol tərtib olunaraq şəhər məhkəməsinə göndərilib.

Orada olan 15 nəfər müştəri barəsində isə protokollar tərtib olunaraq hər biri 200 manat cərimə edilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri