20 
Yan
2021
13:29
346
12
1244
Virtual karabakh

Nazirlik 3000-dən çox Vətən müharibəsindən zərər çəkən şəxsə xidmət göstərib - RƏSMİ + FOTO

Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailə üzvləri, müharibə iştirakçıları, müharibədən zərər çəkənlər, erməni terroruna məruz qalanlardan ibarət olmaqla artıq 3200-dən çox şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial-psixoloji dəstək və reabilitasiya xidməti ilə əhatə olunub.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qeyd olunan kateqoriyalara aid 2500 ailə ilə görüş keçirilib, psixoloqlardan ibarət qruplar tərəfindən onlardan ehtiyacı olan 1840 ailə ilə fərdi və ailə terapiyası, psixokorreksiya işləri aparılıb. Həmçinin “Onlayn psixoloji dəstək xidməti”nə daxil olmuş 610 zəng üzrə evlərinə gedilməklə psixoloji dəstək tədbirləri görülüb.

Eyni zamanda, nazirliyin reabilitasiya müəssisələrində 20-si şəhidlərin və yaralı hərbçilərin uşaqları, qalanları hərbi qulluqçular olmaqla 300-dən çox şəxsə, Bakı Sağlamlıq Mərkəzində və Sərhəd Qoşunları Hospitalında müalicə olunanlardan 28 hərbi qulluqçuya sosial-psixoloji reabilitasiya xidmətləri göstərilib. 

125 hərbi qulluqçu 530-dan çox reabilitasiya vasitəsi, yeddi nəfər yaralanmış qazi əlil arabası, altı hərbçi yüksək texnologiyalı səkkiz müasir protezlə təmin edilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri