20 
Yan
2021
14:08
29
297
2582
Virtual karabakh

Güclü qar İsmayıllıda elektrik enerjisinin verilişində problemlər yaratdı - FOTO

20 Yan, 2021
14:08
2582

Güclü qar İsmayıllıda elektrik enerjisinin verilişində problemlər yaratdı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsmayıllı rayonuna yağan qar elektrik verilişində qısa müddətli fasilələr yaradıb.

İsmayıllı İcra Hakimiyyətindən verilən məlumata görə, qarlı hava şəraiti avtomobil yollarında hərəkətin intensivliyinə öz təsirini göstərib. 

Rayondaxili, magistral və dağətəyi kənd yollarının qardan təmizlənilməsinə başlanılıb. Yaranmış vəziyyətlə əlaqədar 19-u gecədən etibarən “9 saylı Yol İstismarı” MMC tərəfindən qarın yaratdığı çətinliklər aradan qaldırılır. Yollara duz və qum qarışığı səpilir. Hazırda texnika və canlı qüvvə tərəfindən yollarda hərəkətin təhlükəsizliyini və fasiləsizliyini təmin etmək məqsədilə müvafiq işlər görülür.

Görülmüş təxirəsalınmaz tədbirlər nəticəsində yollarda nəqliyyat vasitələrinin hərəkəti tam təmin edilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri