20 
Yan
2021
18:02
377
21
1896
Virtual karabakh

Gənclərin İnkişafı və Karyera Mərkəzi 20 Yanvar şəhidlərini yad edib - FOTO

20 Yan, 2021
18:02
1896

Gənclərin İnkişafı və Karyera Mərkəzi 20 Yanvar şəhidlərini yad edib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

31 il əvvəl bugün müstəqillik üçün ayağa qalxmış Azərbaycan xalqı böyük tarixinə yeni şərəfli bir günü yazdı. 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə fövqəladə vəziyyət elan edilmədən sovet ordusunun Bakıya yeridilməsindən sonra paytaxtda və digər rayonlarda 146 nəfər amansızlıqla qətlə yetirildi, 700-dən çox insan yaralandı. Bu hadisə tariximizə Qara Yanvar adı ilə düşdü. Lakin bir yumruq kimi birləşən Azərbaycan xalqı bu faciədən sarsılmadı, daha da gücləndi və qısa müddətdə dövlət müstəqilliyini bərpa etdi.

Hər il yanvar ayının 20-də vətəndaşlarımız bu faciənin qurbanlarının ruhuna ehtiram göstərir. Amma bu il 20 yanvarda qanla yazılan şanlı tarixə 44 günlük müharibədə əldə edilən Zəfər günü də əlavə olundu. 

Gənclərin İnkişaf və Karyera Mərkəzinin rayon nümayəndəliklərinin əməkdaş və Gənc Könüllüləri 20 Yanvar - Ümumxalq Hüzn Günündə rayon mərkəzlərində yerləşən şəhidlər xiyabanlarında şəhidlərin əziz xatirəsini yad ediblər. Rayon gəncləri şəhid barelyefləri önünə gül dəstələri qoyaraq öz ehtiramlarını bildiriblər.

Gənclər xalqımızın azadlığı uğrunda həlak olmuş həmvətənlərimizi – 20 Yanvar faciəsinin günahsız qurbanlarını heç vaxt unutmur və unutmayacaq, çünki milli birlik və vətənpərvərliyin rəmzinə çevrilmiş bu gün xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin ən şərəfli səhifələrindən biridir. 

Ruhunuz şad olsun, əziz Şəhidlər! Azərbaycan torpaqları yağı düşməndən təmizlənmişdir!

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri