20 
Yan
2021
19:27
275
23
1760
Virtual karabakh

Gənclər təşkilatları 20 Yanvar şəhidlərinin xatirəsini yad etdilər - FOTO

20 Yan, 2021
19:27
1760

Gənclər təşkilatları 20 Yanvar şəhidlərinin xatirəsini yad etdilər - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının Gənclər Fondu və ölkəmizdə ən böyük gənclər təşkilatlarının nümayəndələri 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər.

Gənclər Təşkilatları Milli Şurası, İrəli, Tələbə Gənclər Təşkilatları İttifaqı, Könüllü Təşkilatları İttifaqı, “Böyük Qayıdış”, Gənclərin İnkişafı və Karyera Mərkəzi, Tələbə və Məzunlar Platforması və digər bir çox təşkilatların nümayəndələri Vətənin suverenliyi və müstəqilliyi uğrunda şəhid olmuş Azərbaycanlıların xatirəsini hörmət və ehtiramla yad edib, Vətənimizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş vətəndaşlarımızın xatirəsinə ucaldılmış Əbədi məşəlin önünə və şəhid məzarlarına gül dəstələri qoyublar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü gənclər siyasətinin əsas istiqamətlərindən biri gənclərin vətənpərvər ruhda yetişdirilməsidir. Bu gün bu siyasətə sadiq olan gənclər təşkilatları və bu siyasətin uğuru nəticəsində vətənpərvər ruhda formalaşan gənclər unutmurlar ki, qanlı 20 Yanvar Azərbaycan xalqının yaddaşında təkcə faciə günü kimi deyil, həm də şərəf səhifəsi kimi həkk olunub.

2020-ci ildə müstəqil Azərbaycan öz tarixinin ən şanlı səhifəsini yazdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı altında rəşadətli Azərbaycan ordusu ölkəmizin işğal altında olan torpaqlarını azad etdi. Bununla əlaqədar olaraq, Azərbaycanın Ermənistanla münaqişədə şanlı qələbəsindən sonra Qanlı Yanvarın ildönümünü qalib xalq kimi yad etmək Azərbaycan gəncliyi üçün unudulmayacaq yeni bir hissdir.

Azərbaycan gəncləri Vətənin müstəqilliyi və torpaqlarımızın bütövlüyü uğrunda canını fəda etmiş bütün şəhidlərimizə Allahdan rəhmət diləyir! Ruhunuz şad olsun əziz Şəhidlərimiz! Torpaqlarımız artıq azaddır!

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri