20 
Yan
2021
19:50
286
20
1676
Virtual karabakh

Gənclər Təşkilatları Milli Şurasının üzvləri 20 Yanvar şəhidlərini yad etdilər - FOTO

20 Yan, 2021
19:50
1676

Gənclər Təşkilatları Milli Şurasının üzvləri 20 Yanvar şəhidlərini yad etdilər - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən 31 il ötür. Azərbaycan xalqı, xüsusilə gəncliyimiz 20 Yanvar Şəhidlərinin xatirəsini daim əziz tutur. Hər il olduğu kimi, bu il də Gənclər Təşkilatarı Milli Şurasının təşkilatçılığı ilə gənclər təşkilatlarının nümayəndələri istiqlal fədailərinin məzarlarını ziyarət etdilər.

20 Yanvar Azərbaycan xalqının tarixində sadəcə ağrı və acı ilə deyil, həm də şan və şərəf günü kimi xatırlanır. Yanvar faciəsi ümumxalq hüzn günü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi.

Gənclərimiz daim vətənimizin azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsini əziz tutur və gənclər təşkilatları hər il Şəhidlər Xiyabanına yürüş edərək şəhidlərimizi yad edirlər. 20 Yanvar faciəsinin 31-ci ildönümündə də NAYORA-nın təşkilatçılığı ilə gənclər təşkilatlarının nümayəndələri müqəddəs məkanda - Şəhidlər Xiyabanında uyuyan qəhrəmanların xatirəsini ehtiramla yad etdilər. Lakin builki yürüş digərindən fərqlənirdi. Çünki müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı altında torpaqlarımızı işğaldan azad edən gənclər artıq daha böyük ruh yüksəkliyi və məğrurluq hissi ilə şəhidlərimizin məzarlarını ziyarət edir, onlara borclarını ifadə edirdilər.

Ucu bucağı görünməyən insan kütləsinin bu hava şəraitində müqəddəs məkanı ziyarət etməsi Azərbaycan xalqının öz şəhidlərinə duyduğu dərin hörmət və sonsuz sevginin bariz nümunəsidir.

Azərbaycanın müstəqilliyi uğrunda canından keçmiş bütün şəhidləri hörmətlə anırıq!

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri