20 
Yan
2021
20:55
287
22
1657
Virtual karabakh

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı 20 Yanvar faciəsinin qurbanlarını andı - FOTO

20 Yan, 2021
20:55
1657

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı 20 Yanvar faciəsinin qurbanlarını andı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Azərbaycanın ən yeni tarixinin qanlı və şanlı səhifəsi olan 20 Yanvar faciəsinin 31-ci ildönümü tamam oldu.

1990-cı il yanvarın 20-si əliyalın halda küçələrə çıxıb azadlığımız və suverenliyimiz uğrunda Sovet ordusuna qarşı mübarizə aparan şəhidlərimizin xatirəsini bütün gənclər sektoru, o cümlədən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı hörmət və ehtiramla anır. Qanlı Yanvar gecəsinin qəhrəmanlarının xatirəsini yad etmək məqsədilə ATGTİ digər gənclər təşkilatları ilə bir araya gələrək tədbirlər həyata keçirib.

20 Yanvar faciəsinin ildönümü günü ATGTİ də daxil olmaqla bir sıra gənclər təşkilatlarının nümayəndələri Şəhidlər Xiyabanını ziyarət edərək şəhidlərimizin xatirəsini hörmət və ehtiramla yad etdilər. Amma bu il ATGTİ Şəhidlər Xiyabanını daha böyük ruh yüksəkliyi və məğrurluq hissi ilə ziyarət etdi. Çünki 2020-ci ildə müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz torpaqlarımızı işğaldan azad etmişdi və ATGTİ təmsilçiləri Şəhidlər Xiyabanına qalib xalqın təmsilçiləri kimi gələrək orada Azərbaycanın müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərə ehtiramlarını ifadə etdi. 

Bununla yanaşı Seçenov Universitetinin Bakı filialının Tələbə Gənclər Təşkilatının Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birlikdə hazırladığı 20 yanvar faciəsinə həsr olunmuş “Sələflərdən xələflərə” adlı videoçarx ictimaiyyətə təqdim edilmiş və faciə qurbanlarının qəhrəmanlıqları təbliğ edilmişdir (https://youtu.be/yTGj-vaofbI). Videoçarx Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və filologiya üzrə fəlsəfə doktoru, dosent Dürdanə Rəhimzadənin birgə fəaliyyəti və əməkdaşlığı ilə ərsəyə gətirilmişdir.

Həmçinin, ATGTİ tələbələr arasında 20 Yanvar faciəsinə həsr olunmuş qısa hekayə müsabiqəsi elan etmişdir. ATGTİ-nin Katibliyi tərəfindən seçilən 10 ən uğurlu və dolğun hekayə sosial şəbəkə hesablarımızda ictimaiyyətə təqdim edilib.

Vətən uğrunda canlarından keçən 20 Yanvar Şəhidlərini hörmət və qürur hissi ilə anırıq.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri