21 
Yan
2021
10:16
511
24
4736
Virtual karabakh

Hacı Zeynalabdin Tağıyevin heykəli hazırdır - VİDEO

21 Yan, 2021
10:16
4736

Hacı Zeynalabdin Tağıyevin heykəli hazırdır - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xalq rəssamı Xanlar Əhmədov Azərbaycanın görkəmli ictimai xadimi, müsəlman Şərqində ilk qızlar məktəbinin yaradıcısı Hacı Zeynalabdin Tağıyevin heykəlini hazırlayıb. 

X.Əhmədov Baku TV-yə bildirib ki, bu işə böyük həvəslə başlayıb və yaratdığı obraz haqda çox araşdırma aparıb. 

Xalq rəssamı heykəlin qoyulacağı ünvanın H.Z.Tağıyev obrazı ilə uzlaşdığını bildirib. 

Qeyd edək ki, H.Z.Tağıyevin heykəlinin hazırlanması ilə bağlı keçirilən açıq heykəltəraşlıq müsabiqəsinə təqdim olunan 26 layihə arasından X.Əhmədovun layihəsi qalib seçilib. 

Xatırladaq ki, ötən il Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın incəsənət xadimlərinin bir qrupu ilə görüşündə H.Z.Tağıyevin Bakıda heykəlinin ucaldılması barədə təklifi Azərbaycan əməkdar artisti Bəhram Bağırzadə səsləndirib. 

Dövlət başçısının imzaladığı sərəncamla görkəmli xadimin abidəsinin ucaldılmasına qərar verilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri