21 
Yan
2021
12:24
118
53
2119
Virtual karabakh

Karantin qaydalarını pozan kafe aşkarlandı: 10 nəfər cərimləndi - FOTO/VİDEO

21 Yan, 2021
12:24
2119

Karantin qaydalarını pozan kafe aşkarlandı: 10 nəfər cərimləndi - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları inzibati ərazidə xidmət aparan zaman Masazır qəsəbəsi ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən “Şəki” kafesini aşkarlayıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, obyektin fəaliyyəti dərhal polislər tərəfindən dayandırılıb. Ora baxış zamanı kafenin sahibi Rövşən Nəbiyev və daha doqquz müştəri saxlanılaraq polis idarəsinə gətirilib.

Müştərilər barəsində inzibati qaydada tədbirlər görülərək hər biri 200 manat məbləğində cərimə edilib. Həmin şəxslərlə profilaktik söhbətlər aparılıb və bir daha onların diqqətinə karantin qaydalarına əməl etməyin vacibliyi çatdırılıb.

Kafenin sahibinin qanunsuz hərəkətlərinə hüquqi qiymət verilməsi üçün barəsində toplanan materiallar isə məhkəməyə göndərilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri