22 
Yan
2021
15:24
253
10
2826
Virtual karabakh

5000 nəfərə xidmət edən yolun yenidən qurulması yekunlaşıb - FOTO

22 Yan, 2021
15:24
2826

5000 nəfərə xidmət edən yolun yenidən qurulması yekunlaşıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

7 yaşayış məntəqəsini birləşdirən Yenikənd–Poylu–Salahlı–Qarabağlı–Kəsəmən avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən hazırlanmış layihəyə uyğun olaraq, Samux rayonunda uzunluğu 39.5 km olan yerli əhəmiyyətli avtomobil yolunun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidən qurulması yekunlaşıb.

Bu barədə Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, bu 28.1 km uzunluğa malik Yenikənd-Poylu avtomobil yolu və bu yoldan ayrılan Kəsəmən, Qarabağlı və Salahlı kəndlərinin giriş yollarıdır. Kəsəmən yolunun uzunluğu 4.6 km, Qarabağlı yolunun uzunluğu 2.8 km, Salahlı yolunun uzunluğu isə 4 km təşkil edir.

Tikinti işlərindən sonra yollar boyu hərəkətin normal təşkili üçün tədbirlər həyata keçirilib. Belə ki, zəruri yol nişanı, km göstəriciləri və siqnal dirəkləri quraşdırılıb, üfüqi nişanlanma xətləri çəkilərək, avtobus dayanacaqları quraşdırılıb.

Gürcüstan ilə dövlət sərhədinə yaxın ərazidə yerləşən yaşayış məntəqələrini əhatə edən yolların yenidən qurulması beş min nəfər əhalinin gediş-gəlişini rahatlaşdırıb. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri