22 
Yan
2021
15:30
273
17
2373
Virtual karabakh

Bakıda altı evdən oğurluq edən şəxs saxlanılıb - FOTO/VİDEO

22 Yan, 2021
15:30
2373

Bakıda altı evdən oğurluq edən şəxs saxlanılıb - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəzər Rayon Polis İdarəsinin (RPİ) 3-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində ayrı-ayrı vaxtlarda rayon ərazisində evlərdən oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, əməliyyat zamanı paytaxt sakini Hikmət Kərimov tutulub.

Araşdırma zamanı onun Xəzər rayonu Binə qəsəbəsində 6 evdən pul və məişət əşyaları oğurladığı məlum olub.

Faktlarla bağlı 3-cü Polis Bölməsində toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Hikmət Kərimov barəsində  Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.  Zəruri istintaq və  əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Hikmət Kərimovun paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri