22 
Yan
2021
16:12
194
16
1099
Virtual karabakh

“Ramiz Hacıyev” kran gəmisi əsaslı təmir olunub

22 Yan, 2021
16:12
1099

“Ramiz Hacıyev” kran gəmisi əsaslı təmir olunub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasının “Ramiz Hacıyev” kran gəmisinin əsaslı təmiri başa çatıb.

Bu barədə ASCO məlumat yayıb.

“Bibiheybət” Gəmi Təmiri Zavodunda aparılan işlər çərçivəsində 40 ton yükqaldırma qabiliyyətinə malik kran, baş mühərriklər, nasoslar, boru sistemləri təmir edilib, köməkçi mühərriklər sazlanıb. Dənizçilərin yaşayış otaqlarında, sanitar qovşaqlarda və yeməkxanalarda təmir işləri görülüb.

Gəmi tərsanəyə qaldırılıb, sualtı və suüstü hissələri təmizlənərək rənglənib. Gövdənin sualtı və suüstü hissəsində zədələnmiş sahələr dəyişdirilib. Bundan başqa, gəminin hərəkət-sükan kompleksi, dib-yan armaturları, protektor qurğuları təmir olunub.

Təmirdən sonra “Ramiz Hacıyev” kran gəmisi dəniz sınağına çıxarılıb. Sınaq işləri uğurla başa çatıb və gəmi istismara qaytarılıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri