22 
Yan
2021
16:36
750
18
3012
Virtual karabakh

Suqovuşanda üz-üzə döyüşdə erməni zabiti məhv edən cəsur əsgər - VİDEO

22 Yan, 2021
16:36
3012

Suqovuşanda üz-üzə döyüşdə erməni zabiti məhv edən cəsur əsgər - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Vətən müharibəsində xalqımızın neçə-neçə igid oğlu öz qəhrəmanlığı ilə yadda qaldı. Onlardan biri də Mirzəyev Teymur Nəsimi oğludur.

“Report” qazinin ailəsinə baş çəkib, onun döyüş yoluna nəzər salıb.

Mirzəyev Teymur Nəsimi oğlu 2001-ci ildə Cəlilabad rayonunda doğulub. Orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə gedib.

Vətən müharibəsi başlayanda Teymur artıq altı ayın əsgəri idi. Qazimiz müharibənin ilk günündən döyüşlərə qatılıb. Sentyabrın 28-də gedən döyüşlərin birində belindən və ayaqlarından yaralanıb. Qəlpələrin bir neçəsi çıxarılsa da, yarısı hələ bədənində qalıb.

Qazimiz öz şərəfli döyüş yolundan həvəslə söhbət açır. O, çətin, amma qürurlu günləri yada salaraq, qəhrəmanlığından danışır.

Əsgər qazimizin babası Tapdıqəli Məmmədov deyir ki, nəvəsinin hərbçi yoldaşlarının dediyinə görə, onun vuruşması əsl qəhrəmanlıq olub. O, döyüşlərin birində təkbaşına vuruşaraq 5 Azərbaycan hərbçisini xilas edib.

Qazimiz göstərdiyi şücaətə görə, Ali Baş Komandan tərəfindən “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri