22 
Yan
2021
16:30
60
710
13431
Virtual karabakh

Polislər karantini pozaraq məclis təşkil edib? - DİN-dən AÇIQLAMA

22 Yan, 2021
16:30
13431

Polislər karantini pozaraq məclis təşkil edib? - DİN-dən AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daxili İşlər Nazirliyi Quba rayonunda bir qrup polis əməkdaşının karantin zamanı məclis keçirməsi barədə sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı açıqlama verib.

DİN Mətbuat xidmətinin Quba regional qrupunun inspektoru Nizam Həmidov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, yayılan videogörüntülərdən məlumatlıdırlar:

“Həmin görüntülər Quba Rayon Polis Şöbəsində araşdırılıb.

Məlum olub ki, həmin video 2019-cu ilin dekabr ayında Xaçmaz rayonunda yerləşən restoranların birində çəkilib, sadəcə indi ictimailəşdirilib. Həmin zaman ölkədə karantin rejimi tətbiq edilmirdi”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri