22 
Yan
2021
17:12
340
14
1178
Virtual karabakh

600-dən çox qaziyə reabilitasiya vasitəsi verilib - RƏSMİ

22 Yan, 2021
17:12
1178

600-dən çox qaziyə reabilitasiya vasitəsi verilib - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən son bir ayda Vətən müharibəsində yaralanmış qazilərimizin ehtiyacı olanlarına 600-dən çox reabilitasiya vasitəsi verilib.

Nazirlikdən verilən məlumata görə, həmçinin yeddi qazi təkərli oturacaqla təmin olunub. Reabilitasiya vasitələri onlara yaşadıqları və ya müalicə olunduqları ünvanlara aparılıb təqdim edilir. 

Yaralanmış qazilərin yüksək texnologiyalı müasir protezlə təminatı da davam edir. Son bir aya yaxın dövrdə yeddi hərbçi yüksək texnologiyalı doqquz müasir protezlə təmin edilib, daha bir neçə hərbçinin də yaxın günlərdə müasir protezlə təmin olunması üçün hazırlıq işi aparılır. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri