22 
Yan
2021
18:07
182
23
2479
Virtual karabakh

ATGTİ-nin sədri Pərviz Mirələmli: “Hədəfimiz tələbələrin maraqlarını müdafiə etməkdir” - FOTO

22 Yan, 2021
18:07
2479

ATGTİ-nin sədri Pərviz Mirələmli: “Hədəfimiz tələbələrin maraqlarını müdafiə etməkdir” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tərkibində 100 ali və orta ixtisas təhsili müəssisəsini birləşdirməklə təkcə Azərbaycanın deyil, həm də Cənubi Qafqazın ən böyük tələbə təşkilatı olan Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) 2021-ci il üzrə yeni inkişaf strategiyasını təqdim edib.

Strategiya yeddi strateji məqsədə əsaslanaraq qurulub: İttifaqdaxili dəyişikliklər və yeniliklər, Tələbə Gənclər Təşkilatları (TGT) və tələbə klublarının fəaliyyətinin effektivləşdirilməsi, tələbələrlə əlaqələrin möhkəmləndirilməsi, gənclərin potensiallarının artırılması, tələbələrin fəal iştirakının təmin edilməsi, beynəlxalq təşkilatlarla əlaqələrin gücləndirilməsi və ölkə daxilindəki digər qurumlarla əlaqələrin möhkəmləndirilməsi.

Tələbələrin mövcud şəraitdə təhsil müəssisələrində üzləşdikləri çətinliklərin aradan qaldırılmasına və tələbə problemlərinin həll edilməsi istiqamətində İttifaqın və TGT-lərin aktivliyinin artırılması ilə bağlı tədbirlərə yeni strategiyada xüsusilə diqqət verilib. Buna paralel olaraq region TGT-ləri ilə təmasın intensivləşdirilməsi və regionlardakı tələbələrin təhsil müəssisələrində üzləşdikləri çətinliklərin aradan qaldırılması istiqamətində yeni yanaşma metodları təklif olunub.

Yeni strategiya ilk dəfə 15 yanvar tarixində ATGTİ-nin yeni seçilmiş sədri Pərviz Mirələmli tərəfindən bir sıra təhsil müəssisələrinin TGT sədri və sədr əvəzediciləri ilə onlayn görüş  zamanı təqdim edilib və görüləcək işlər müzakirə edilib.

“Bizim əsas istiqamətimiz tələbələrin maraqlarını müdafiə etmək və İttifaqımızın tabeliyində olan bütün ali və orta ixtisas təhsili müəssisələrində fəaliyyət göstərən TGT-lərin keyfiyyətli fəaliyyətini təmin edərək onları bütün tələbələrin etibarını doğruldan mötəbər gənclər təşkilatlarına çevirməkdir”, - deyə Pərviz Mirələmli görüş iştirakçılarına bildirib.

Həmçinin, ATGTİ-nin Avropa Tələbə Birliyinə (European Students’ Union) üzvlüyünün bərpa olunması və digər beynəlxalq tələbə təşkilatları ilə əlaqələrin yaradılması prioritet seçilib. Bu, beynəlxalq təşkilatlarla əlaqələri gücləndirərək Azərbaycanı beynəlxalq arenada təmsil etmək və irimiqyaslı layihələr həyata keçirmək baxımından vacib addımdır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri