23 
Yan
2021
12:00
224
18
5941
Virtual karabakh

Hərbi xidmətdən möhlət hüququ qazanacaq şəxslərin siyahısı genişlənir

23 Yan, 2021
12:00
5941

Hərbi xidmətdən möhlət hüququ qazanacaq şəxslərin siyahısı genişlənir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Təhsilini davam etdirmək üçün hərbi çağırışa möhlət veriləcək şəxslərin siyahısı genişləndirilir.

Oxu.Az-ın məlumatına əsasən, bununla bağlı “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik təklif edilir.

Qanunun 21.1.4-cü maddəsinə əsasən, əyani təhsilalma formasında bakalavriatda, magistraturada, doktoranturada (adyunkturada), əsas (baza ali) tibb təhsili və rezidenturada təhsil alanlara təhsilini bitirinədək hərbi xidmətdən möhlət verilir.

Təklif olunur ki, doktoranturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara da hərbi xidmətdən 3 ay möhlət verilsin.

Layihə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin yanvarın 26-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Aqşin Kərimov

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri