23 
Yan
2021
14:34
23
251
2870
Virtual karabakh

Belçikada meyiti tapılan həmyerlimizin nəşi Azərbaycana gətirilir

23 Yan, 2021
14:34
2870

Belçikada meyiti tapılan həmyerlimizin nəşi Azərbaycana gətirilir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Belçikada itkin düşdükdən bir neçə gün sonra meyiti tapılan Azərbaycan vətəndaşı Vüqar Rzanın nəşi Vətənə gətirilir.

Modern.az xəbər verir ki, onun nəşinin ölkəyə gətirilməsini Diasporla İş üzrə Dövlət Komitəsi təmin edib.
 
Dövlət Komitəsi meyitin gətirilməsinin maliyyə xərclərini öz üzərinə götürüb.

Diasporla İş üzrə Dövlət Komitəsi bu məlumatı Oxu.Az-a təsdiq edib.

Qeyd edək ki, bir müddət əvvəl itkin düşdüyü üçün axtarışda olan Azərbaycan vətəndaşı Vüqar Rzanın meyiti yanvarın 18-də yaşadığı ərazinin yaxınlığındakı su kanalında aşkarlanıb. Məhkəmə-tibbi ekspertizasının ilkin qərarında onun hər hansı bir fiziki zərbəyə məruz qalmadığı qeyd olunub. Bədəninin şişməsi və göyərməsi isə suda uzun müddət qalması ilə əsaslandırılıb. Polisdən bildirilib ki, hazırda cinayət işi ilə bağlı istintaq davam edir.

Xatırladaq ki, əslən Azərbaycanın Kəlbəcər rayonundan olan V.Rza Şəkidə müəllim işləyirmiş. O, bir neçə il əvvəl Belçikaya gedib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri