23 
Yan
2021
15:47
158
319
4682
Virtual karabakh

Səhiyyə Nazirliyinin rəsmisi: “Vətəndaşlar poliklinikalara üz tutaraq, peyvənd olunmalarını tələb edir”

23 Yan, 2021
15:47
4682

Səhiyyə Nazirliyinin rəsmisi: “Vətəndaşlar poliklinikalara üz tutaraq, peyvənd olunmalarını tələb edir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Heç bir peyvənd yüz faiz xəstəlikdən qorumur.

Bu barədə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və Sanitariya-Epidemioloji Nəzarəti Şöbəsinin müdiri Nəzifə Mürsəlova Media.Az-a müsahibəsində bildirib.

Onun sözlərinə görə, söhbət yalnız COVID-19 peyvəndindən getmir.

“Əhalinin kiçik bir hissəsində peyvənddən sonra anticisim əmələ gəlmir. Eyni şey, koronavirusdan sağalanlarda da olur. Bəzi insanlarda xəstəlikdən sonra immunitet əmələ gəlmir”, - deyə o, bildirib.

Bəs xəstəlik nəticəsində əksəriyyətdə anticisim əmələ gələrsə, onda peyvənd olunmaya bilərlər? Həkimin sözlərinə görə ilk 3-6 ay ərzində bu mümkündür.

Vaksinin mövsümiliyinə gəlincə isə müsahib hazırda bu suala cavab verməyin çətin olduğunu dedi:

“Hələ ki, peyvənddən sonra anticisimlərin bədəndə nə qədər qalacağı tam aydın deyil. Bunun üçün daha çox müşahidə tələb olunur”.

Şöbə müdiri vaksinasiyaya ictimai meyl olduğunu vurğulayıb:

“Hazırda bir çox vətəndaş rayon poliklinikalarına üz tutur və peyvənd olunmalarını tələb edirlər. Onlar xəstələnməkdən qorxurlar, çünki təəssüf ki, hər birimizin COVID-19-dan dünyasını dəyişən dostları və ya qohumları var. Peyvənd vurdurmaq üçün vaxtından əvvəl poliklinikalara gələn bir çox insandan gözləmələrini xahiş etmək məcburiyyətində qalırıq, çünki vaksinasiya mərhələli olacaq”.

Sonda o, bu il ərzində koronavirus infeksiyasına qalib gəlinəcəyinə ümidini ifadə edib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri