23 
Yan
2021
21:29
90
464
4962
Virtual karabakh

Zinnurov Azərbaycanda rus dilinə münasibəti qiymətləndirdi

23 Yan, 2021
21:29
4962

Zinnurov Azərbaycanda rus dilinə münasibəti qiymətləndirdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Rusiyanın heç bir qonşusunda Azərbaycandakı qədər rusdilli məktəblər yoxdur”.

“Sputnik” Azərbaycana bu sözləri “Rossotrudnicestvo”nun Bakıdakı yeni rəhbəri İrek Zinnurov deyib.

Onun sözlərinə görə, agentlik Azərbaycanın bölgələrində yerləşən təhsil müəssisələri ilə işləməyə hazırdır.

“Ancaq Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi olmadan biz bunu edə bilmərik. Bu qurumla ortaq razılığa gəlməyimiz və bir-birimizə necə faydalı ola biləcəyimizə qərar verməyimiz vacibdir. Bu, Azərbaycanla Rusiya arasında humanitar əməkdaşlıq üzrə əlaqələrin inkişafı üçün lazımdır”, - deyə İ.Zinnurov bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri