24 
Yan
2021
16:32
56
311
8141
Virtual karabakh

Qubada karantin postunda saxlanılan şəxsin maşınından nərə balığı çıxdı - FOTO

24 Yan, 2021
16:32
8141

Qubada karantin postunda saxlanılan şəxsin maşınından nərə balığı çıxdı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Quba Rayon Polis Şöbəsinin  əməkdaşları xüsusi karantin rejimi ilə əlaqədar rayon ərazisində qurulmuş postda Xaçmaz rayonu Xudat şəhər sakini Telman Vəliyevin idarə etdiyi nəqliyyat vasitəsini saxlayıblar.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, şöbə əməkdaşları sürücünün sənədlərini yoxladıqdan sonra nəqliyyat vasitəsinin yük yerinə baxış keçiriblər.

Bu zaman oradan T.Vəliyevə məxsus qanunla ovlanması qadağan edilmiş ümumi çəkisi 20 kiloqrama yaxın beş ədəd nərə balığı aşkar edilib.

T.Vəliyev qanunvericiliyə uyğun olaraq saxlanılaraq şöbəyə gətirilib.

Faktla əlaqədar Quba Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri