24 
Yan
2021
21:19
19
580
1967
Virtual karabakh

Türkiyədə bu gün koronavirusdan 140 nəfər ölüb

24 Yan, 2021
21:19
1967

Türkiyədə bu gün koronavirusdan 140 nəfər ölüb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son sutka ərzində Türkiyədə yeni növ koronavirusdan (COVID-19) 140 nəfər ölüb. 

Bu barədə məlumat verən Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib ki, son 24 saatda simptomları da müəyyən edilməyən xəstələrlə birlikdə daha 5 277 nəfər COVID-19 infeksiyasına yoluxub.

Son 24 saatda yeni növ koronavirusdan sağalan xəstələr 5 860, ağır xəstələr isə 105 nəfər olub. 

Bununla da Türkiyədə indiyə qədər yeni növ koronavirus simptomları da müəyyən edilməyən 2 429 605 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 307 721 nəfər sağalıb, 25 073 nəfər isə ölüb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri