25 
Yan
2021
10:56
19
257
4725
Virtual karabakh

Erməni təxribatı nəticəsində şəhid olan musiqi müəllimi – FOTO

25 Yan, 2021
10:56
4725

Erməni təxribatı nəticəsində şəhid olan musiqi müəllimi – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tərtər rayon Uşaq Musiqi Məktəbinin müəllimi Vətən müharibəsi zamanı düşmən hücumunun qurbanı olub.

Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 28 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin dinc əhalini atəşə tutması nəticəsində Mehman Sovet oğlu Əliyev şəhid olub.

Mehman Əliyev 4 sentyabr 1977-ci il tarixində Tərtər rayonunda anadan olub. 1991-ci ildə Tərtər rayon Uşaq Musiqi Məktəbini, 1996-cı ildə Ü.Hacıbəyli adına Ağdam Musiqi Texnikomunu qarmon ixtisası üzrə bitirib. Tərtər rayon Uşaq Musiqi Məktəbində müəllim kimi çalışıb. 1 oğul və 2 qız övladı var idi.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri