25 
Yan
2021
13:48
10
205
7629
Virtual karabakh

Sökülən “Qarabağ” mehmanxanası - VİDEO

25 Yan, 2021
13:48
7629

Sökülən “Qarabağ” mehmanxanası - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sovet dövründə ölkəmizdə ən məşhur tikililərdən biri, hətta dünyada memarlıq üslubuna görə tarixə düşən – “Qarabağ” mehmanxanasının taleyi də elə 1990-cı illərin əvvəlində Qarabağ kimi gətirmədi.

Bakının ən diqqətçəkən yerində inşa olunan mehmanxananın əsası 1974-cü ildə qoyulub. 2000-ci illərin əvvəllərində bina tamamilə söküldü və bu ərazi pullu dayanacaq kimi fəaliyyət göstərdi. Bir vaxtlar paytaxtın hündür hissəsində yerləşən mehmanxananın yerində indi tikinti materialları satılır. 

Qeyd edək ki, “Qarabağ” mehmanxanası 1978-ci ildə Nyu-Yorkda nəşr edilən “Dünyanın Memarlıq Ensiklopediyasına” daxil olub. Bir zamanlar unikal memarlıq nümunəsi hesab olunan binanın layihəsi 1979-ci ildə “Le Korbyuze” mükafatını alıb. 

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri