25 
Yan
2021
13:42
15
195
1834
Virtual karabakh

“Çobanlar” fermeri aldadaraq 1000 manatdan çox pulunu mənimsədilər

25 Yan, 2021
13:42
1834

“Çobanlar” fermeri aldadaraq 1000 manatdan çox pulunu mənimsədilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Zərdabda dələduzluq etməkdə şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə Zərdab rayon Dəliquşçu kənd sakini olan fermer ilə mobil telefon ilə əlaqə saxlayaraq onun yanında çoban işləyəcəyini vəd edərək vətəndaşdan dələduzluq yolu ilə 1 150 manat pul ələ keçirən şəxslər saxlanılıb.

Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəbrayıl Abbasov, əvvəllər məhkum olunmuş Daşkəsən rayon Dəstəfur kənd sakini Elvin Mürsəlov və onun qardaşı Rahib Mürsəlovun əvvəlcədən əlbir olaraq müxtəlif fermerlərlə əlaqə saxlayaraq yanlarında çoban işləyəcəkləri, lakin hazırda işlədiyi fermerə pul borclu olduqları üçün onlardan müəyyən miqdara pul aldıqları müəyyən edilib.

Həmin şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. Hazırda həmin şəxslərin digər şəhər və rayonlarda analoji cinayət törədib-törətməməsini aydınlaşdırmaq üçün istintaq-əməliyyat tədbirləri davam etdirilir. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri