25 
Yan
2021
13:33
72
16
1728
Virtual karabakh

Cəzaçəkmə müəssisələrində neçə məhkum koronavirusla bağlı testdən keçirilib? - RƏSMİ

25 Yan, 2021
13:33
1728

Cəzaçəkmə müəssisələrində neçə məhkum koronavirusla bağlı testdən keçirilib? - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Cəzaçəkmə müəssisələrində məhkumların 96 faizi koronavirusa görə testdən keçirilib”.

Bu sözləri Ədliyyə Nazirliyinin 2020-ci ilin yekunlarına həsr olunmuş onlayn mətbuat konfransında Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəisi Malik Ələkbərov deyib.

O bildirib ki, bütün cəzaçəkmə müəssisələrində pandemiya ilə bağlı ciddi tədbirlər görülüb:

“Məhkumların hətta 25 faizi təkrar yoxlamalardan da keçirilib. Koronavirusa qarşı mübarizə tədbirləri nəticəsində hər şeyə ciddi nəzarət olunur. Hələ ki, heç bir ciddi narahatlıq qeydə alınmayıb”.

Malik Ələkbərov bildirib ki, koronavirus pandemiyası ilə əlaqədar yaşı 65 yaşdan yuxarı olan 176 nəfər əfv sərəncamı ilə azad edilib:

“Onların evlərinə getməzdən əvvəl test nümunələrindən keçməsi və yaşayış yerlərinə qədər aparılması nazirlik tərəfindən təmin edilib. Əfv olunan şəxslərdən iki nəfəri ömürlük cəza çəkən olub. Ümumilikdə son illərdə cəza siyasətinin humaistləşdirilməsi nəticəsində 8149 nəfər əfv sərəncamı ilə azadlığa buraxılıb”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri