25 
Yan
2021
23:33
23
301
4885
Virtual karabakh

“Tək qalmışam, kömək edəcək kimsə yoxdur, ağrılarım isə dəhşətlidir – Redaksiyaya Müraciət

25 Yan, 2021
23:33
4885

“Tək qalmışam, kömək edəcək kimsə yoxdur, ağrılarım isə dəhşətlidir – Redaksiyaya Müraciət

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Paytaxt sakini 62 yaşlı Svetlana Əkbərova Media.Az-ın redaksiyasına müraciət edib. Kirayə mənzildə yaşayan qadının oğlu ölkə xaricindədir və heç bir şəkildə ona kömək edə bilmir.

“Son 15 ildə ailələrdə xadimə kimi çalışdım, ancaq təəssüf ki, pandemiya zamanı işsiz qaldım. Öz mənzilim olmadığına görə mənzil üçün ayda 250 manat ödəməliyəm. Ən azından pul qazanmaq üçün uşaq kitabları satmağa başladım, amma bu yaxınlarda ağır xəstələndim”, - deyə S.Əkbərova bildirib.

Onun sözlərinə görə, qəfildən qarın nahiyəsində sancılar yaranıb.

“Ultrasəs müayinəsi öd kisəsində daş olduğunu göstərib. Dəhşətli ağrılarım var, xeyirxah insanlardan əməliyyat üçün mənə kömək etmələrini xahiş edirəm. Kömək istəyəcəyim heç kim yoxdur. Oğlum uzaqda yaşayır və onsuz da imkanı yoxdur, özü də çətinliklə dolanır. Sonra yenidən işləmək istəyirəm. Bəlkə kiməsə xadimə lazım olar, buna sevinərəm, üstəlik təcrübəm də var”, - deyə Svetlana Əkbərova qeyd edib.

Svetlana Əkbərovaya kömək etmək istəyənlər onunla 050 879 72 71 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri