26 
Yan
2021
01:19
55
743
28477
Virtual karabakh

Xırdalanda baş vermiş partlayış nəticəsində ölən var - YENİLƏNİB + FOTO/VİDEO

26 Yan, 2021
01:19
28477

Xırdalanda baş vermiş partlayış nəticəsində ölən var - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evində Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

FHN-dən verilən məlumata görə, həyata keçirilmiş tədbirlər nəticəsində dağıntı altından bir nəfərin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, FHN-in xilasedicilərinin operativ müdaxiləsi və peşəkar fəaliyyəti nəticəsində bundan əvvəl dağıntı altından 6 nəfər vətəndaş xilas olunaraq aidiyyəti üzrə təhvil verilib.

Axtarış-xilasetmə əməliyyatı davam edir. Əlavə məlumat veriləcək.

20:48

Xırdalan şəhərində partlayış baş vermiş fərdi yaşayış evindən Baku Tv-nin hazırladığı reportajı təqdim edirik.

20:42

Xırdalanda partlayış olan evdə xilasetmə işləri davam edir. 

Oxu.Az-ın müxbirinin verdiyi məlumata görə, Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev hadisə yerindədir. 

Artıq dağıntılar altından altı nəfərin çıxarıldığı deyilir.

İlhamə Əbülfət

19:23

Abşeron rayonunun Xırdalan şəhərində evdə partlayış baş verib. Hadisə Xırdalan şəhəri 27-ci məhəllədə qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyi (FHN) xəbər verir ki, partlayışdan sonra evdə yanğın başlayıb. Partlayışın gücündən yaxınlıqdakı çoxmərtəbəli binaların şüşələri sınıb.

Hadisə yerinə FHN əməkdaşları cəlb edilib.

İki nəfər dağıntılar altından çıxarılıb. Onlardan biri qadın, digəri isə uşaqdır. Dağıntılar altında digər şəxslərin də qaldığı ehtimal edilir.

Axtarış-xilasetmə işləri davam edir. Hadisənin səbəbləri barədə dəqiqləşdirmə aparılır.

19:05

Xırdalan şəhərində evdə partlayış baş verib.

Partlayış yanğına səbəb olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.

Dağıtılar altında qalanlar var.

Hələlik partlayışın baş vermə səbəbi haqqında heç bir məlumat yoxdur. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri