25 
Yan
2021
22:23
322
38
2150
yuxarı
Bakıda keçiriləcək daha bir beynəlxalq idman yarışı ləğv olundu
25 Yan, 2021
22:23
2150
322
38
Bakıda keçiriləcək daha bir beynəlxalq idman yarışı ləğv olundu
Bakıda keçiriləcək daha bir beynəlxalq idman yarışı ləğv olunub.
Oxu.Az xəbər verir ki, Beynəlxalq Gimnastika Federasiyası 4-7 mart tarixlərində keçiriləcək idman gimnastikası üzrə Dünya Kubokunun ləğv olunduğunu açıqlayıb.
Ləğvə səbəb Nazirlər Kabineti yanında Operativ Qərargahın aprelin 1-dək qapalı zallarda idman yarışlarının təşkilinə qoyduğu qadağadır.
Qeyd edək ki, daha əvvəl batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun (13-14 fevral) və karate üzrə Premyer Liqa yarışının (12-14 mart) ləğv olunduğu açıqlanmışdı.
Səbuhi Musayev
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək