26 
Yan
2021
13:54
174
14
11741
Virtual karabakh

İşıq pulunu verə bilməyən Avropa çempionuna federasiyadan cavab: “Ona 400 min manata yaxın vəsait xərclənib”

26 Yan, 2021
13:54
11741

İşıq pulunu verə bilməyən Avropa çempionuna federasiyadan cavab: “Ona 400 min manata yaxın vəsait xərclənib”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Rüstəm İmanzadə zədələndiyi gündən federasiya, nazirlik və sponsorların böyük dəstəyi və qayğısı ilə əhatə olunub. Bu müddətdə onun əməliyyatları, müalicəsi, bərpa prosesini keçməsi, yaşayış şəraitinin və maddi rifahının yaxşılaşdırılması üçün təxminən 400 min manata yaxın vəsait xərclənib”.

Bunu Azərbaycan Ağır Atletika Federasiyasının mətbuat xidmətindən Oxu.Az-a bildiriblər.

2013-cü ildə yeniyetmələr üzrə Avropa çempionu olmuş 22 yaşlı Rüstəm İmanzadə müsahibəsində federasiyanın ona maddi dəstəyi kəsdiyini bildirib. O, 2014-cü ildə Kiprin Limassol şəhərində keçirilmiş gənclər və 23 yaşadək idmançıların Avropa çempionatında 148 kq ağırlığı qaldırarkən sağ qolu qırılıb və belindən ciddi zədə alıb.

Federasiya isə məsələyə münasibətində idmançının fiziki məhdudiyyətli şəxs kimi qeydiyyata düşmək istəməməsini vurğulayır. İdmançı sağalacağına ümid etdiyindən, bu formada qeydiyyata alınmaq istəmir:

“O, həm Azərbaycan daxilində, həm də ölkə xaricində – Avstriya, Qazaxıstan, Rusiya və Türkiyədə müalicə edilib. Ona mənzil hədiyyə edilib, özünün və ya ailəsinin xüsusi sahibkarlıqla məşğul ola bilməsi üçün obyekt hədiyyə olunub, uzun illər əlavə ödənişlər vasitəsilə maddi dəstək göstərilib. Qidalanması, daşınma, nəqliyyat, mənəvi, maddi və fiziki köməkliklər edilib, problemləri ilə maraqlanılıb, bir an belə diqqətdən kənarda qalmayıb.

Yalnız ötən ilin yayında ona edilən əlavə maddi dəstəyin verilməsində fasilə yaranıb ki, bunun da obyektiv səbəbləri var: Pandemiya. Biz yenə də sabiq atletin məsələsini nəzərdə saxlayırıq və gücümüz çatdığı qədər dəstək olmağa çalışacağıq. Bu müddətdə dəfələrlə xahiş etsək də, idmançı Səhiyyə Nazirliyinin müvafiq bölməsində fiziki məhdudiyyətli şəxs kimi qeydiyyatdan keçmək üçün müraciət etmək və dövlətdən ona veriləcək ödənişlərdən yararlanmaq istəməyib.

Biz ona bunun üçün kömək etməyə hazır olduğumuzu dəfələrlə demişik, indi də buna hazırıq. Biz də İmanzadənin sağlamlığını bərpa etməsi, yarışlara qayıtması, yenə də daxili və beynəlxalq arenalarda uğur qazanmasını istəyir, bunun üçün lazım olan bütün addımları atırıq. Ümid edirik ki, o da lazımi addımları ataraq bu işin həlli üçün bir qədər əzm göstərər”.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri