26 
Yan
2021
14:36
482
20
3082
Virtual karabakh

“SOCAR Petroleum” Şuşanı yanacaqla təmin edib - FOTO/VİDEO

26 Yan, 2021
14:36
3082

“SOCAR Petroleum” Şuşanı yanacaqla təmin edib - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“SOCAR Petroleum” QSC Şuşanı yanacaqla təmin edib.

Bu barədə Oxu.Az-a qurumun mətbuat katibi Üzeyir Həbibbəyli məlumat verib.

“SOCAR Petroleum Şuşadadır. 30 illik həsrətdən sonra böyük fəxarət və qürur hissi ilə deyirik: Qəhrəmanlıq salnaməsi yazılan Natəvanın, Üzeyirin, Vaqifin, Xarı bülbülün Vətəni, ən əsası Qarabağın İncisi olan Şuşa həmişəlik bizimdir. Bizim qayıdışımızla Şuşanın yenidən oyanışı başladı. Biz də bu oyanışa dəstək olaraq Şuşa şəhərini yanacaqla təmin etdik”- deyə, o bildirilib.

Qeyd edilib ki, “SOCAR Petroleum” bununla kifayətlənməyib, gələcəkdə işğaldan azad olunmuş bütün torpaqlarımızda “SOCAR” brendli yanacaqdoldurma məntəqələrini istismara verəcəyini planlaşdırır.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri