26 
Yan
2021
16:58
273
13
1973
Virtual karabakh

İşğaldan azad olunan ərazilərimizlə bağlı yeni layihə hazırlanır

26 Yan, 2021
16:58
1973

İşğaldan azad olunan ərazilərimizlə bağlı yeni layihə hazırlanır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İşğaldan azad olunan ərazilərdə xüsusi mühafizə olunan yerlərdə dörd yasaqlıq, iki qoruğumuz mövcud olub”.

Oxu.Az-ın məlumata görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi “Facebook” səhifəsində “Ekspert saatı” verilişinin canlı yayımında ETSN-nin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib.

Onun sözlərinə görə, hazırda nazirlik tərəfindən onların bərpası ilə bağlı böyük təkliflər, layihə işlənir:

“Təhlükəsizlik tədbirləri imkan verdiyi təqdirdə işlərə start veriləcək”.

“Orada nəzərdə tutulan xüsusi mühafizə olunan təbiət əraziləri vətəndaşlar üçün daha əlçatan, açıq olacaq. Biz orada qoruqlar, yasaqlıqlar yox, daha müasir tərzdə xüsusi mühafizə olunan ərazilər yaradacağıq. Bunun detalları barədə layihələr hazırlanır və əlavə məlumatlar veriləcək”, - deyə o əlavə edib. 

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri