27 
Yan
2021
11:17
272
24
6499
Virtual karabakh

Fərman İsmayılovun nəşi Bakıya gətirildi - YENİLƏNİB + FOTO/VİDEO

27 Yan, 2021
11:17
6499

Fərman İsmayılovun nəşi Bakıya gətirildi - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Piratlar tərəfindən öldürülən Azərbaycan vətəndaşı Fərman İsmayılovun nəşi Bakıya gətirilib. 

F.İsmayılovun nəşinin olduğu təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Onun doğulduğu Siyəzən rayonunda dəfn ediləcəyi gözlənilir.

09:36

Nigeriya yaxınlığında hücuma məruz qalan “Mozart” gəmisinin heyət üzvlərindən biri olan və piratlar tərəfindən öldürülən Azərbaycan vətəndaşı Fərman İsmayılovun nəşi Bakıya göndərilib.

“TRTHaber” məlumat verir ki, Qabonun paytaxtı Librevildən yol salınan həmyerlimizin nəşinin olduğu xüsusi təyyarə səhər saatlarında İstanbul Hava Limanına eniş edib.

Xatırladaq ki, Türkiyəyə məxsus gəmi yanvarın 23-də dəniz quldurlarının hücumuna məruz qalıb, nəticədə Azərbaycan vətəndaşı Fərman İsmayılov öldürülüb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri