27 
Yan
2021
10:30
157
46
6037
Virtual karabakh

Tam yeni “Nissan Sunny” artıq Azərbaycanda - FOTO

27 Yan, 2021
10:30
6037

Tam yeni “Nissan Sunny” artıq Azərbaycanda - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İlk dəfə 2019-cu ildə Dubay Beynəlxalq Avtomobil sərgisində nümayiş etdirilən tam yeni “Nissan Sunny” avtomobili “Nissan” Azərbaycan tərəfindən müştərilərinə təklif olunur. 

Tam yenilənmiş model, təsirli eksteryer dizayna malikdir. Yeni V şəkilli ön radiator, sərt cizgilər, bumeranq formalı ön faralar və arxa işıqlar, rənglərin və daxildə istifadə olunan materialların harmoniyası ilə müşayiət olunan interyer avtomobilə tam yeni hisslər bəxş edib.

Yeni “Sunny” yenilənmiş “Nissan” sedan modellərinin davamıdır. Yeni görünüşü, təkmilləşdirilmiş güc agreqatı və texnoloji yenilikləri ilə öz seqmentində ciddi rəqabət aparacaq. 

Yeni avtomobil daha geniş və daha uzun eksteryerə malikdir. Bu da daxildə geniş interyer imkan yaradır. Bu üslub “Nissan”ın flaqman sedanları “Maxima” və “Altima”da da tətbiq edilib.

Eksteryer ölçülər əvvəlki modeldən daha uzun və daha genişdir. Yeni ölçülər sayəsində avtomobilin ön və arxa oturacağında əyləşən sərnişinlər özlərini daha rahat hiss edəcəklər.

Həmçinin baqaj bölməsi daha da genişlənib.

“Sunny” modeli aşağı, orta və yüksək təchizat olmaqla müştərilərə 3 versiyada təqdim ediləcək.

Avtomobil mexaniki surət qutusu ilə yanaşı “Xtronic” avtomat transmissiya ilə təklif olunur.

İşıqların avtomatik yanıb-sönmə funksiyası baza təchizatdadır. Əlavə olaraq orta və yüksək versiyalarda faralarda LED işıqlar təchiz edilib.

Eksteryerin rəngi yeni “Nissan Sunny” modelində tam başqa bir mövzudur. Bu rənglər avtomobilin dizaynını daha da cəlbedici edir. Belə ki, yeni “Sunny” 7 rəng çeşidi ilə müştərilərə təklif olunacaq. Bunlara elektrik mavi metallik, parlaq gümüş metallik, silah rəngi metallik, super qara, qırmızı ember, aspen ağ və parlaq qırmızı aiddir. 

Yeni interyer dizayn

Tam yeni “Sunny” avtomobilinin interyerində “Maxima” və “Altima” modellərinin cizgilərini görmək mümkündür. Üfiqi dizayn, açıq sahələr, ahəngdar materialların və rənglərin istifadəsi bütün salona təzə, yüksək səviyyəli bir keyfiyyət qatır. Əvvəlki modeldə olduğu kimi, yeni “Sunny” arxada oturan sərnişinlər üçün geniş məkan təmin edir.

Yuxarı versiyalarında təklif olunan 7.0 düymlü touch screen monitor, telefon və audionu dəstəkləyən “Bluetooth” sistemi, 3 USB port, “İpod” interfeysi, “Siri Eyes free” sistemi sürücü və sərnişinlərin səyahətini daha da maraqlı edəcək. Bundan başqa yeni “Sunny” bir çox innovativ elektron funksiyalarla təchiz edilmişdir. Bunlara 360 dərəcə ətraf kamera görüntü sistemi, kor zonaya nəzarət sistemi, iki zonalı klimat kontrol, ön və arxa hərəkət zamanı təhlükə xəbərdarlıq və əyləc sistemləri daxildir. 

Güzəştə getməyən performans

Tam yeni “Nissan Sunny” dinamik görünüşü, geniş və çox funksiyalı salonu ilə yanaşı inamlı sürüş keyfiyyəti və güzəştə getməyən performansı ilə diqqət çəkir. “Sunny” 1,6 litr həcmli, 4 silindirli və 118 at gücünə malik yeni nəsil mühərriklə təchiz edilib.

Yeni nəsil mühərrik “Xtronic” transmissiya ilə birlikdə yüksək performans nümayiş etdirir və bununla yanaşı yanacağa qənaət baxımından çox effektivdir. Belə ki, yeni nəsil mühərrikin qənaətcilliyi 15 % təkmilləşdirilib. Hazırda qarışıq rejimdə 100 km məsafəyə 5.1 litr yanacaq sərf edir.

Yeni nəsil “Nissan Sunny” avtomobili təhlükəsizlik sistemləri baxımından da zəngindir.

Avtomobilin standart komplektasiyasına ABS (Antoblok əyləc sistemi), EBD (elektron əyləc gücünün paylanması), BA (əyləc köməkçisi) və Hill Start Assist (yoxuşda köməklik sistemi) sistemləri daxildir. Bundan başqa avtomobil TPMS (təkər təzyiqinin monitorinq sistemi sensoru) VDC (avtomobilə dinamik nəzarət) və TCS (sürüşmə əleyhinə sistem) tipli təhlükəsizlik sistemləri ilə təchiz edilib.

Emosional dizaynı, geniş salonu və təkmilləşdirilmiş “Nissan” texnologiyaları ilə tam yeni “Sunny” müştərilərə yeni bir stil, həyəcan və incəlik gətirəcək.

“Nissan” avtomobillərini Azərbaycanda rəsmi distribütor “Nurgun Motors” təqdim edir. Şirkətin Bakı şəhərində 2, Gəncə şəhərində 1 satış və servis mərkəzi xidmət göstərir. Avtomobillərlə daha yaxından tanış olmaq və sınaq yürüşü etmək üçün “Nissan” satış mərkəzləri xidmətinizdədir.

Əlaqə 934.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri