27 
Yan
2021
12:03
12
89
6229
Virtual karabakh

V-IX siniflər üzrə dərslərin bərpası ilə bağlı RƏSMİ AÇIQLAMA

27 Yan, 2021
12:03
6229

V-IX siniflər üzrə dərslərin bərpası ilə bağlı RƏSMİ AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“V-IX siniflər üzrə dərslərin bərpası barədə qərar mövcud vəziyyət nəzərə alınmaqla veriləcək”.

Oxu.Az-ın məlumatına görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva bildirib.

O qeyd edib ki, fevralın 1-dən I-IV siniflər və məktəbəqədər qruplar üçün tədris qismən bərpa ediləcək:

“Bakı şəhərində bütün ümumtəhsil müəssisələrində monitorinqlər aparılıb. Məktəblər fevralın 1-dən ənənəvi tədrisin bərpasına hazırdı. Distant təhsil sistemi dövründə istilik məsələsi elə də gündəmdə deyildi, amma fevralın 1-dən etibarən məktəblərdə dərslərin bərpası səbəbindən bu məsələ bizim diqqətimizdədir”.

İdarə müdiri əlavə edib ki, məktəblərdə avqust ayından olan təcrübələrə əsasən tədris prosesi qurulacaq: 

“Fevralın 1-dən hibrid tədrisi yenidən tətbiq ediləcək. Əyani dərslərlə yanaşı distant formada da təhsil davam etdiriləcək. Həmin vaxt Bakı şəhəri üzrə 274 məktəbdə 1 092 sinifdə 27 122 uşaq məktəbəqədər təhsilə başlayır. Eyni zamanda, 182018 şagird I-IV siniflərdə əyani tədrisə başlayacaq”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri