27 
Yan
2021
13:48
41
118
1398
Virtual karabakh

Qusarda kafenin icarədarı və müştəriləri cərimələndi

27 Yan, 2021
13:48
1398

Qusarda kafenin icarədarı və müştəriləri cərimələndi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qusar rayonunda karantin qaydalarını pozaraq fəaliyyət göstərən kafe aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirilir. 

Şöbə əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman rayon ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən kafe aşkarlayıblar. Dərhal obyektin fəaliyyəti dayandırılıb, qanunvericiliyə uyğun olaraq obyekti icarə əsasında işlədən Mübariz Musayev və orada olan 8 nəfər müştəri saxlanılaraq polis şöbəsinə gətiriliblər. 

Həmin şəxslər barəsində İXM-nin 211.1-ci maddəsi ilə cərimə protokolları tərtib olunub və təyin olunmuş qaydalara riayət etmələrinə dair profilaktik söhbətlər aparılıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri