27 
Yan
2021
13:28
7
157
1350
Virtual karabakh

Gəncəyə atılan raketlər nəticəsində neçə məktəbə ziyan dəyib?

27 Yan, 2021
13:28
1350

Gəncəyə atılan raketlər nəticəsində neçə məktəbə ziyan dəyib?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Vətən müharibəsi dövründə ermənilər tərəfindən Gəncə şəhərinə atılan raketlər nəticəsində doqquz məktəbə ziyan dəyib”.

Oxu.Az-ın məlumatına görə, bunu Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev bildirib.

Onun sözlərinə görə, 4 və 29 nömrəli tam orta məktəblərə ciddi ziyan dəyib:

“Digərlərində isə pəncərələr, çərçivələr dağılıb ki, onlar hazırda bərpa olunur. Dörd nömrəli məktəbin bir korpusu tamamilə yararsız vəziyyətdədir və təmir üçün saxlanılıb. Məktəbin digər korpuslarında tədris davam edəcək”.

“Gəncə şəhəri, 29 nömrəli orta məktəbə köhnə olduğu üçün terror aktı nəticəsində ciddi ziyan dəyib və tədris dayandırılıb. Məktəbin 929 şagirdi yaxınlıqda yeni tikilmiş 18 nömrəli məktəbdə tədrisini davam edəcək”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri