27 
Yan
2021
17:57
22
238
6294
Virtual karabakh

“Mozart”ın dənizçisi azərbaycanlının öldürüldüyü yerə çatmazdan əvvəl arvadından halallıq istəyibmiş

27 Yan, 2021
17:57
6294

“Mozart”ın dənizçisi azərbaycanlının öldürüldüyü yerə çatmazdan əvvəl arvadından halallıq istəyibmiş

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nigeriya sahillərində piratlar tərəfindən qaçırılan gəminin heyətində yer alan dənizçi Ünsal Dilsizin arvadı Nəsrin Dilsiz əri ilə son dəfə danışmağından bəhs edib.

DHA xəbər verir ki, əri axırıncı dəfə onunla danışanda halallıq istəyib.

N.Dilsiz deyir ki, bu hadisə onların gəmisinin piratlar olan əraziyə çatmasından əvvəl olub:

“Ərimlə son dəfə yanvarın 19-da danışdım. Mənə halallıq da verdi. İnsan niyə qəfildən halallıq versin ki?”

O, həyat yoldaşının və digər əsirlərin sağ-salamat geri qayıdacağı günü gözləyir.

Xatırladaq ki, yanvarın 23-də Türkiyəyə məxsus “Mozart” gəmisi dəniz quldurlarının hücumuna məruz qalıb, nəticədə Azərbaycan vətəndaşı Fərman İsmayılov öldürülüb. Bu gün onun nəşi Bakıya gətirilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri