27 
Yan
2021
20:18
346
19
5658
Virtual karabakh

Nigeriya sahillərində dəniz quldurları tərəfindən öldürülən Fərman İsmayılov dəfn olunub - FOTO/VİDEO

27 Yan, 2021
20:18
5658

Nigeriya sahillərində dəniz quldurları tərəfindən öldürülən Fərman İsmayılov dəfn olunub - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nigeriya sahillərində dəniz quldurlarının gəmiyə hücumu zamanı öldürülən azərbaycanlı mühəndis Fərman İsmayılov dəfn olunub.

“Report” xəbər verir ki, onun nəşi Türkiyənin Qabondakı səfirliyinin vasitəçiliyi ilə paytaxt Librevilə, daha sonra Azərbaycana gətirilib.

Mərhumun meyiti məhkəmə-tibbi ekspertizasından keçirildikdən sonra doğulduğu Siyəzən rayonunun Qozağacı kəndinin qəbiristanlığında torpağa tapşırılıb.

Xatırladaq ki, yanvarın 23-də Nigeriya sahillərində dəniz quldurları Türkiyə şirkətinə məxsus, Liberiya bayrağı altında üzən “MV Mozart” gəmisinə hücum ediblər. Gəminin 19 heyət üzvündən 15-i girov götürülüb. Hücum zamanı azərbaycanlı mühəndis Fərman İsmayılov həlak olub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri