27 
Yan
2021
21:13
281
48
6044
Virtual karabakh

Azərbaycan-İran körpüsü - Xudafərinlə bağlı qərar - VİDEO

27 Yan, 2021
21:13
6044

Azərbaycan-İran körpüsü - Xudafərinlə bağlı qərar - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azad edilən Cəbrayıl rayonu ərazisində yerləşən Xudafərin körpüləri yenidən qurula və bərpa edilə bilər.

Bu barədə Baku TV-yə müsahibəsi zamanı İran İslam Respublikasının Azərbaycandakı səfiri Seyid Abbas Musəvi bildirib. 

Səfir artıq bununla bağlı İran və Azərbaycan Xarici İşlər nazirləri arasında da məsələnin müzakirə olunduğunu deyib. 

Seyid Abbas Musəvi Xudafərin körpüsü haqqında danışarkən bildirib:

“Prezident İlham Əliyevin dostluq rəmzi adlandırdığı bu müştərək sərhəddə olan Xudafərin körpüsü məsələsi iki ölkənin xarici işlər nazirləri arasında gedən görüşlərdə müzakirə edilib və körpülərin yenidən qurulması, bərpası barədə fikir mübadiləsi aparılıb. Eləcə də, hər iki ölkə bu tarixi abidələrin UNESCO-da müştərək şəkildə qeydə alınması barədə birgə bəyanat verəcəkləri haqqında razılığa gəliblər”.

Daha ətraflı Baku TV-nin süjetində:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri