28 
Yan
2021
15:36
313
11
1717
Virtual karabakh

Nazirlikdən daha bir qazimizlə bağlı addım

28 Yan, 2021
15:36
1717

Nazirlikdən daha bir qazimizlə bağlı addım

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Vətən müharibəsinin qazisi Abdurahmanov Dəniz Əziz oğlunu ziyarət ediblər.

Nazirlikdən bildirilib ki, Zaqatala rayonu, Lahıc kənd sakini olan D.Abdurahmanov döyüşlərdə yaralanıb və hazırda müalicəsini evdə, ailəsinin yanında davam etdirir.

Qazinin ailəsinin sosial vəziyyəti öyrənilib. 24 yaşlı Dəniz özü müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi çalışıb. Atası müharibə veteranı kimi aylıq təqaüdlə təmin olunur, anası evdar qadındır. Dəstək məqsədilə ilk növbədə ailə üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfat yaradılması qərara alınıb. Eyni zamanda, qazinin əlilliyinin qiymətləndirilməsi aparılacaq və əlillik dərəcəsi təyin edildiyi halda ona birdəfəlik sığorta ödənişi, aylıq əsasda sosial ödənişlər təyin olunacaq.

Bu barədə Dənizə və ailə üzvlərinə məlumat verilib, onların yaşayışının diqqətdə saxlanacağı bildirilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri