Fev
2021
12:45
259
41
6366
Virtual karabakh

Füzuli hava limanına ilk təyyarə nə zaman enəcək? - RƏSMİ

1 Fev, 2021
12:45
6366

Füzuli hava limanına ilk təyyarə nə zaman enəcək? - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“2021-ci ilin sonuna kimi Füzuli Beynəlxalq Hava Limanına yoxlama təyyarəsi enəcək”.

Oxu.Az-ın məlumatına görə, bunu “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin vitse-prezidenti Etibar Hüseynov bildirib.

Onun sözlərinə görə, bu ilin sonuna kimi Füzuli Beynəlxalq Hava Limanının uçuş-enmə zolağını, yönəldici yolu bitirilməsi planlaşdırılır:

“Uçuş avadanlıqları quraşdırılacaq və 2021-ci ilin sonuna kimi yoxlama təyyarəsi bura enəcək”.
O qeyd edib ki, ərazilərin minalardan təmizlənməsini sürətləndirmək üçün xaricdən avadanlıq gətirilib:

“Minalardan təmizlənən ərazilərdə uçuş-enmə zolağının özülünün hazırlanması üçün torpaq yatağının çıxarılması işləri həyata keçirilir. Minalardan təmizlənən ərazi boşaldıqca, işlər daha da sürətlənəcək. Hava limanının uçuş-enmə zolağının uzunluğu 3000, eni isə 45 metrdir”, -deyə o əlavə edib.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri