Fev
2021
15:18
275
17
3603
Virtual karabakh

Bakıda bağ evlərindən oğurluq edən şəxslər saxlanıldı - FOTO/VİDEO

2 Fev, 2021
15:18
3603

Bakıda bağ evlərindən oğurluq edən şəxslər saxlanıldı - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Nardaran qəsəbəsində yerləşən bağ evlərindən oğurluq edən şəxslər saxlanılıblar. 

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Əməliyyat zamanı əvvəllər məhkum olunmuş paytaxt sakini Rüstəm Abdullayev tutulub. Araşdırma zamanı onun qəsəbə ərazisindəki bağ evindən televizor, 6 ədəd xalça və digər  məişət əşyaları oğurladığı məlum olub. Hadisə zamanı R.Abdullayev ev sahibinə ümumilikdə 2000 manata yaxın maddi ziyan vurub. Saxlanılan şəxsin polis bölməsində üzərinə keçirilən baxış zamanı 7 qrama yaxın narkotik vasitə qurudulmuş marixuana da aşkar edilib. 

Qeyd edək ki, R.Abdullayev oğurladığı məişət əşyalarının bir qismini yaşadığı evə gətirib. Həmin əşyalar onun mənzilindən aşkar olunaraq maddi sübut kimi götürülüb.

Sabunçu RPİ-nin 42-ci PB əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat zamanı isə Nardaran qəsəbəsində daha bir bağ sahəsindən 111 ədəd tikintidə istifadə olunan dəmir dirəklər oğurlayan dəstə üzvləri saxlanılıb. Əməliyyat zamanı qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Sitarə Bədəlova, onun oğlu Tehrab Bədəlov, qohumu Sahibə Mustafayevə, həmçinin Vüqar Abdullayev və Aqşin Əliyev tutulub. Dəstə üzvlərindən oğurladıqları dəmir dirəklər aşkar olunaraq maddi sübüt kimi götürülüb.

Hər iki faktla bağlı 42-ci Polis Bölməsində toplanan materiallar Sabunçu RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir. Bu şəxslərin paytaxt ərazisində digər analoji cinayətlər etdikləri də istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri