Fev
2021
13:12
39
185
1374
Virtual karabakh

Pediatr-infeksionist: “İnsanlar peyvəndin xilas yolu olduğunu başa düşməlidirlər” - MÜSAHİBƏ

3 Fev, 2021
13:12
1374

Pediatr-infeksionist: “İnsanlar peyvəndin xilas yolu olduğunu başa düşməlidirlər” - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda yanvarın 18-dən koronavirus infeksiyasına qarşı vaksinasiya başlayır.

On minlərlə həkimin ölümcül xəstəliyə qarşı vaksin vurdurmağına baxmayaraq, əhalinin bir hissəsi peyvəndə inamsız yanaşır.

Media.Az pediatr-infeksionist Arifə Abbasova ilə vaksin vurdurmağın nə üçün lazım olduğuna dair müzakirə aparıb.

Həkimin dediyinə görə, o, artıq peyvənd olunub və özünü yaxşı hiss edir:

“İnsanlar başa düşməlidirlər ki, peyvənddən imtina etdikləri təqdirdə, ölkə hələ üzün müddət virus və onun fəsadları ilə mübarizə aparmaq məcburiyyətində qalacaq. Vaksinasiya - əgər belə demək olarsa, COVID-19-dan xilas olmağın yoludur”.

Pediatr qeyd edib ki, statistik məlumatlar yoluxmanın sayında azalmanın olduğunu göstərsə də, karantin rejiminin yumşaldılmasını unutmamalıyıq. Yəni əhali peyvənddən imtina edirsə və karantin rejimi tədricən yumşalırsa, o zaman yeni bir pandemiya dalğası ilə qarşılaşacağıq.

Peyvəndin infeksiyadan 100 faiz qoruya bilməməsi məsələsinə toxunan müsahibimiz bildirib ki, vaksinasiya infeksiyanın mümkün fəsadlarını əhəmiyyətli dərəcədə azaldacaq və xəstəliyin gedişində ölüm sayı aşağı enəcək.

Həkim vurğulayıb ki, yaxın keçmişdə məhz peyvəndin sayəsində yüz minlərlə insanın həyatına son qoyan təbii çiçək epidemiyasına qalib gəlmək mümkün olub.

“Sovet dövründə uşaqlar doğulandan 18 yaşa qədər peyvənd edilirdi və beləliklə onlar bir çox yoluxucu xəstəliklərdən qorunurdular. Buna görə, insanlar peyvəndin xilas yolu olduğunu başa düşməlidirlər, pandemiya nəticəsində nə qədər insanın zərər gördüyünü, xəstələnərək öldüyünü xatırlayın. Gəlin yaşlı və xroniki xəstəliklərdən əziyyət çəkən vətəndaşları risk altında qoymayaq, çünki bu virus onlar üçün ölümcüldür”, -  deyə, A. Abbasova söyləyib.

O, fikrinin tamamında vaksinin əks təsirlərinə toxunub.

“Bu siyahıya 18 yaşınadək uşaqlar, hamilə və südverən qadınlar, həmçinin xroniki və digər xəstəlikləri olan şəxslər daxildir. Buraya həyatları boyunca hər hansı bir vaksinə qarşı kəskin allergik reaksiya göstərən, autoimmun xəstəliklərdən və onkoloji xəstəlikdən əziyyət çəkən insanlar da daxildir.

Virusa yoluxaraq sağalan vətəndaşlara gəlincə, onlar əvvəlcə qanda igG-nin (immunoglobulin G) səviyyəsini müəyyən etmək üçün qan analizindən keçməlidirlər.

Əgər onun qandakı səviyyəsi kifayət edəcək səviyyədədirsə, yəni bu xəstəliyə qarşı immunitet formalaşıbsa, vaksin vurdurmağı təxirə salmaq olar.

Ancaq qeyd etmək istəyirəm ki, virusdan sağalan insanlarda ona qarşı immunitet üç-dörd ay müddətində qalır. Bundan sonra qanda G immunoqlobulinlərinin səviyyəsinin aşağı düşməsi ilə yenidən infeksiyaya yoluxmaq riski yaranır, bu isə vaksin vurdurmaq zərurəti yaradır”, - deyə, infeksionist-pediatr bildirib. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri