Fev
2021
16:25
635
12
2565
Virtual karabakh

Balaca Mübariz sağalacağı günü gözləyir - FOTO

4 Fev, 2021
16:25
2565

Balaca Mübariz sağalacağı günü gözləyir - FOTO

10 yaşlı Mübarizin sizin köməyinizə ehtiyacı var.

Bu barədə Oxu.Az-a uşağın anası Sayad Əliyeva məlumat verib. O bildirir ki, övladı bir ildir ki, ağır qan xərçəngindən (Leykoz) əziyyət çəkir:

“Övladım Mübariz Əliyev 2011-ci ildə anadan olub. Ötən il fevral ayında uşaqda bu xəstəlik aşkar olundu. Həkimlər qan xərçəngi diaqnozunu qoydular. Artıq bir ildir müalicə edirik. Amma əməliyyat olunması şərtdir. Müalicəsi üçün belə çox çətinliklə vəsait tapırıq.

Mübariz üçün qardaşı donor olacaq. İlik köçürülməsi üçün yoxlanışlar aparılıb, heç bir problemin olmadığı deyilib. Həkimlər bildirib ki, qısa zamanda əməliyyat olunmalıdır. Bu günə qədər aparılan müalicə hələ ki, müsbət nəticə verir. Xəstəlik ağır mərhələsinə doğru gedir. Yenidən ağırlaşma olsa, Mübarizin əməliyyatı ölkədaxilində mümkün olmayacaq. Hazırda isə əməliyyat üçün 80-100 min manat vəsait lazımdır”.

S.Əliyeva bildirib ki, övladının səhhəti ilə bağlı bir çox quruma müraciət edib:

“Bir ana kimi rica edirəm, övladımın sağlamlığına qovuşması üçün bizə yardım edin. Aidiyyəti qurumlardan bizə dəstək olmalarını xahiş edirəm”.

Köməklik etmək istəyən şəxslər (+99455)-326-48-06 və (+99455)-575-39-79 nömrələri ilə əlaqə saxlaya bilər. 

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri