10 
Fev
2021
16:54
305
52
6726
Virtual karabakh

Bakıda avtomobilini polisin üzərinə sürən şəxs tutuldu - FOTO/VİDEO

10 Fev, 2021
16:54
6726

Bakıda avtomobilini polisin üzərinə sürən şəxs tutuldu - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qaradağ rayonu ərazisindəki Lökbatan-Qobu yolunda naməlum şəxs Abşeron rayon sakini olan bir nəfərin 477 manat pulunu soyğunçuluq yolu ilə alaraq hadisə yerindən uzaqlaşıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən şəxs, Cəbrayıl rayon sakini Nurlan Quliyev polis əməkdaşları tərəfindən saxlanılan zaman o, tabesizlik göstərərək idarə etdiyi VAZ-2114 markalı avtomobillə oradan qaçıb.

Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qısa zamanda Nurlan Quliyev idarə etdiyi avtomobillə birgə saxlanılaraq istintaqa təqdim edilib.

O, ifadəsində hadisəni narkotik vasitələrin təsiri altında törətdiyini, ictimai asayişi pozduğuna və yaşadığı ünvanda digər şəxslərə narahatçılıq yaratdığına görə peşman olduğunu bildirib.

Qeyd edilən faktlarla bağlı Qaradağ Rayon Polis İdarəsində Nurlan Quliyev barəsində araşdırmalar davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri