11 
Fev
2021
10:58
251
29
8438
Virtual karabakh

Polis İdarəsindəki təftiş davam edir: Vilayət Eyvazov daha bir yüksək vəzifəli şəxsi işdən çıxardı

11 Fev, 2021
10:58
8438

Polis İdarəsindəki təftiş davam edir: Vilayət Eyvazov daha bir yüksək vəzifəli şəxsi işdən çıxardı

Suraxanı Rayon Polis İdarəsindəki yoxlamalardan sonra daha bir vəzifəli şəxs işdən çıxarılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Suraxanı Rayon Polis İdarəsinin Xidmət üzrə rəis müavini, polis polkovniki İbrahim İsmayılov sərəncama götürülüb.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi dünən Suraxanı Rayon Polis İdarəsində xidməti fəaliyyətdə yol verdiyi nöqsanlara görə idarənin və onun tabeliyində olan bölmələrin bir neçə əməkdaşının tutduğu vəzifədən aşağı vəzifəyə keçirildiyini, bir qrup əməkdaşa digər intizam tənbehləri verildiyini, daha bir qisminin xidmət yeri bərabər vəzifəyə dəyişdirildiyini açıqlamışdı.

Xatırladaq ki, ötən ilin noyabrında nazirin əmri ilə Suraxanı RPİ rəisi, polis polkovniki Namiq Həsənov vəzifədən azad edilərək DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin rəisi təyin olunub. Bir ay sonra isə Quba Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Süleyman Nemətov Suraxanıya rəis təyin edilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri