12 
Fev
2021
12:28
81
202
10693
Virtual karabakh

Ceyhun Əli Milli Məclisdəki vəzifəsindən azad olunmasının səbəbini açıqladı - YENİLƏNİB

12 Fev, 2021
12:28
10693

Ceyhun Əli Milli Məclisdəki vəzifəsindən azad olunmasının səbəbini açıqladı - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tanınmış telejurnalist Ceyhun Əli (Ceyhun Əliyev) Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsindən azad edilməsinin səbəbini açıqlayıb.

C.Əli bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

Paylaşımda bildirilir:

“Peşə xüsusiyyətimdən asılı olaraq fəaliyyətim hər zaman göz önündə olub. 17 illik televiziya fəaliyyəti dövründə hər zaman tamaşaçı üçün çalışmışam və onun yanında olmaq istəmişəm. Bu gün də bunu istəyirəm. Milli Məclis rəhbərliyi ilə fəaliyyətimi parlamentlə əməkdaşlıq müstəvisinə keçirmək barədə razılığa gəldik. Milli Məclis sədri Sahibə xanım Qafarovaya qərarıma hörmətlə yanaşdığı üçün təşəkkürümü bildirirəm. Mən yaradıcı insanam və Milli Məclislə əməkdaşlığımız daha çox televiziya və PR layihələrlə davam edəcək. Hazırkı fəaliyyətimi isə televiziyada davam etdirirəm. Bu müddət ərzində mənimlə çiyin-çiyinə çalışan Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşlarına, xüsusilə də ömrünün 33 ilini bu işə sərf edən Mehman Qaibova təşəkkürümü bildirirəm”.

10.57

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ceyhun Əliyev vəzifəsindən azad edilib.

Oxu.Az-ın məlumatına görə, bununla bağlı Milli Məclis sədri Sahibə Qafarova əmr imzalayıb.

Həmin vəzifəyə Mehman Qayıbov təyin olunub. M.Qayıbov daha əvvəl Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini vəzifəsində çalışıb.

Xatırladaq ki, C.Əliyev ötən ilin may ayında parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə müdir təyin olunmuşdu.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri