12 
Fev
2021
13:36
343
17
9995
Virtual karabakh

27 gündür itkin düşən yeniyetmə qız polis tərəfindən tapıldı

12 Fev, 2021
13:36
9995

27 gündür itkin düşən yeniyetmə qız polis tərəfindən tapıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda 1 saylı Respublika Psixiatriya Xəstəxanasından qaçan 17 yaşlı Kifayət Vəlicanova tapılıb. 

Bu barədə Oxu.Az-a onun atası Rauf Vəlicanov məlumat verib.

O bildirib ki, qızı fevralın 10-də paytaxtın Nizami rayonu Koroğlu metrostansiyasının yaxınlığında tapılıb:

“Qızım fevralın 10-də Nizami Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən tapılaraq, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə təhvil verilib. Məlumat verilən kimi şöbəyə yaxınlaşıb qızımı oradan götürdüm. O artıq xəstəxanada yox, evdədir. Məsələyə diqqət göstərən hər kəsə təşəkkür edirəm”.

Xatırladaq ki, yeniyetmənin psixoloji problemləri var. O yanvarın 15-də müalicə aldığı 1 saylı Respublika Psixiatriya Xəstəxanasından qaçmışdı. 

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri